Müğənnilər eşqlərini bir-birilərinə yenidən etiraf ediblər

14 İyun 2023 05:55 (UTC+04:00)

Müğənnilər Təranə Qumral və Musa Musayev eşqlərini bir-birilərinə yenidən etiraf ediblər. SİA xəbər verir ki, cütlük “Gül kimi şou”ya qonaq olarkən sevgi hekayələrindən danışıblar.

T. Qumral kişilərin nazı ilə oynamağın vacibliyindən danışıb:

“Kişilər uşaq kimidir. Qadınlar gərək kişiləri yola versin. Yeməyinə, içməyinə diqqət yetirməlidirlər. Bizim heç vaxt ayrılığımız olmayıb. Dalaşsaq da, danışmışıq. Bizim ayrılığımız Sevgimi (qızı – red) hazırlığa aparanda olur. İndiki gənclər belə sevə bilmir”.

Onun sözlərinə Musayev bunları əlavə edib: “Bütün gənclərə arzu edirəm ki, ürəkdən sevsinlər. İndikilər hər şeyi maddiyatda görürlər. Mən həmişə canıma baxanda gözlərim ürək formasında olur”.