Blinken NATO-nun Baş katibi ilə görüşüb

13 İyun 2023 23:45 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Tvitterdə bildirib.

“Bu gün NATO-nun Baş katibi Yens Stoltenberq ilə əla görüş keçirdik. İyulda baş tutacaq NATO-nun Vilnüs Zirvəsini, Müttəfiqlərin Ukraynaya davamlı dəstəyi, İsveçin Alyansa üzvlük prosesinin irəliləməsi və Alyansın digər prioritetlərini müzakirə etdik” – amerikalı diplomat vurğulayıb.