“Heydər Əliyev İli” çərçivəsində istər ölkə daxili, istərsə də ölkə xaricində silsilə tədbirlər keçirilir. Biz isə Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq 2023-cü il yanvar ayının 5-dən etibarən olimpiyadalar, tədbirlər və elmi konfranlar keçirərək, işə başlamışıq”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov deyib. Onun sözlərinə görə, Ulu Öndər intellektual potensialın inkişafına xüsusi önəm verirdi: “O, hələ 1969-cu ildən gələcək müstəqil Azərbaycanın gələcəyini düşünərək, çalışırdı. Xüsusilə də Ulu Öndərin tələbələri xarici ölkələrə təhsil almaları üçün göndərməsi, Azərbaycan elminə verilmiş ən böyük töhvədir. Hansı ki, məhz Ümummilli Liderin təhsilə verdiyi dəyərin nəticəsidir ki, bu gün ölkəmizdə 2500 elmlər doktoru var”.