Beləliklə, rus saytlarının yazdığına görə, yumorist Maksim Qalkinin iştirakı ilə daha bir qalmaqal baş verib. Belə ki, bu dəfə o, konsert məkanı ilə müqavilə bağlamadan çıxışlarına bilet satdırmağa başlayıb.
Müğənni Alla Puqaçovanın əri Qazaxıstanda elan etdiyi konsert ərəfəsində bu yanaşmanı seçib. Bununla bağlı sayt sahibi tamaşaçılara sənətçinin fəaliyyətindəki pozuntularla bağlı xəbərdarlıq edib.
“Konsert məkanı ilə razılaşmadan biletlərin satışı fırıldaqçılıq və tamaşaçıların əsl aldadılması kimi qiymətləndirilə bilər”.
Rus saytlarının yazdığına görə, bunu konsert məkanının sahibi olan Almatı Auenderi müəssisəsinin direktoru “vətən xaini” Maksim Qalkinin əməllərinə münasibət bildirərkən deyib.
Maraqlıdır, görəsən, doğrudanmı deyib, yoxsa...?