Yolu keçən kişini avtomobil vurub

13 İyun 2023 03:36 (UTC+04:00)

Bakının Sabunçu rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Mirzəyev Tahir Məzahir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.