Bu il Antalyaya hava yolu ilə 4 milyondan çox turist gəlib

12 İyun 2023 19:26 (UTC+04:00)

Bu il Antalyaya hava yolu ilə gələn turistlərin sayı 4 milyonu keçib.

Antalya Valiliyindən verilən bəyanata əsasən, dənizi, çimərlikləri, günəşi və təbii gözəllikləri ilə Aralıq dənizinin ən əhəmiyyətli turizm mərkəzlərindən olan Antalyanı 2023-cü ilin iyun ayınadək çox sayda turist ziyarət edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Qeyd edək ki, Antalyaya ötən il yanvarın 1-dən iyunun 10-dək hava yolu ilə 2 milyon 968 min 536 turis gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə şəhərə bu il gələn turistlərin sayı 37 faiz artaraq 4 milyon 62 min 891-ə çatıb.