54 yaşlı Hollivud aktrisası toyundan fotolar nümayiş etdirib

12 İyun 2023 07:43 (UTC+04:00)

54 yaşlı Hollivud aktrisası Naomi Uotts sosial şəbəkələrdə toyundan fotolar nümayiş etdirib. SİA xəbər verir ki, “King Kong” filminin ulduzu həmkarı Billi Krudapla gizli evləndiyini etiraf edib.

Nikahın qeydiyyatı günü cütlük Nyu Yorkdakı mənzillərinin yaxınlığında paparassilərin diqqətini çəkiblər. Daha sonra sənətçi şəxsi bloqunda yazı dərc edərək evlilik şayiələrini təsdiqləyib.

Qeyd edək ki, Naomi Uottsun amerikalı aktyor Liv Şrayberdən 14 və 15 yaşlı iki oğlu var.