Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev ötən gün axşam saatlarında 61 yaşında qəfildən dünyasını dəyişib.
SİA-nın məlumatına görə, onun anidən insult keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Ə.Rzayev uzun müddətdir Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışırdı.