Türkiyəli aktrisa Eda Ece baş rolunu canlandırdığı "Yasak elma" serialının final etməsinin ardınca sosial şəbəkəni qazanc vasitəsi kimi istifadə etməyə başlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 15 saniyəlik reklam videoları çəkərək 300 min lirə qazanıb. Saniyəsinə 20 min lirə qazanan aktrisa, model Burcu Əsmərsoyu da ötüb.
Qeyd edək ki, Əsmərsoy sosial şəbəkədə reklamdan 200 min lirə qazanır.