Həmkarından Xatirə İslama sərt mesaj - VİDEO

11 İyun 2023 06:08 (UTC+04:00)

"Mən özümə heç vaxt belə paylaşımı rəva görməzdim”. SİA xəbər verir ki, bunu "Xalq ulduzu” yarışmasının iştirakçısı, müğənni Şəhla Həmidova həmkarı Xatirə İslamın hamamdan yaydığı videogörüntüyə münasibət bildirərkən deyib.

Müğənni hər kəsin düşünmək üçün bir beyni olduğunu bildirib: "Baxır beyindən kim hansı məqsədlə istifadə edir. Seçim özlərinindir”.

Qeyd edək ki, müğənni Xatirə İslam hamam vannasında olarkən videopaylaşım edib. Bu video böyük müzakirərə səbəb olub. Hər kəsin onu tənqid etdiyini görən müğənni şərh bölümünü bağlayıb.