Dünya şöhrətli aktyor İstanbulda pərəstişkarları ilə görüşüb

11 İyun 2023 01:17 (UTC+04:00)

Dünya şöhrətli aktyor Conni Depp İstanbul “Life Park”dakı konserti üçün qaldığı hoteldən konsert məkanına yollanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hotelin qarşısında gözləyən Deppin pərəstişkarları onu görmək üçün bir-biri ilə yarışıb.

Aktyorla birlikdə Türkiyəyə gedən “Hollywood Vampires” musiqi qrupunun digər üzvləri Elis Kuper, Co Perri və Tommi Henriksen ayrı-ayrı furqonlarla konsert məkanına doğru hərəkət ediblər.

Depp və həmkarları hoteli tərk etdikdən sonra onun pərəstişkarları dağılışıblar.