Bakıda avtomobil təmiri sexi yandı

10 İyun 2023 21:38 (UTC+04:00)

Bakı şəhərinin Səbail rayonunda yanğın olub. FHN-dən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 70 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.