Bakı-Quba yolunda avtomobil aşıb - xəsarət alan var

10 İyun 2023 21:14 (UTC+04:00)

İyunun 10-da axşam saatlarında Bakı-Quba yolunda "Mercedes" markalı yük avtomobili aşıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəzada avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və Dövlət Yol Polisi əməkdaşları gəliblər.

Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə toqquşduqdan sonra idarəetməni itirib və yolun kənarındakı dərəyə aşıb.

Faktla bağlı araşdırma aparılır.