Kürdəmirdə su kanalından kişi meyiti tapılıb

10 İyun 2023 20:18 (UTC+04:00)

Kürdəmirdə su kanalından kişi meyiti tapılıb. SİA xəbər verir ki, Kürdəmir rayonu Qağacılı kənd sakini, 26.12.1979-cu il təvəllüdlü Rəşad Eldar oğlu İslamovun meyiti yaşadığı evin yaxınlığındakı su kanalından tapılıb.

İslamov Rəşad Eldar oğlunun meyitini onun həmkəndlisi Hafiz Cabir oğlu Hüseynov tapıb.

Faktla bağlı araşdırma aparılır.