Azərbaycan XİN Portuqaliya xalqını təbrik edib

10 İyun 2023 19:20 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Portuqaliya xalqını təbrik edib. SİA-nın məlumatına görə, bu barədə nazirliyin tviter səhifəsində qeyd olunub.

“Portuqaliya Günü münasibətilə Portuqaliya hökumətinə və xalqına səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! İkitərəfli əməkdaşlığımızın daha da dərinləşməsini və inkişafını səbirsizliklə gözləyirik! Milli bayramınız mübarək!”, - təbrikdə bildirilib.