"Kəpəz" Tərlan Əhmədovla yollarını ayırıb

10 İyun 2023 19:15 (UTC+04:00)

"Kəpəz" baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, bununla bağlı qərar klubun İdarə Heyətinin bugünkü iclasında qəbul olunub.

52 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Komandanın sükanı arxasına Azər Məmmədovun gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Tərlan Əhmədov ötən ilin sentyabrında "Kəpəz"ə baş məşqçi təyin olunmuşdu.