Türkiyə qapılarını suriyalı xərçəng xəstələrinə açdı

10 İyun 2023 15:08 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisinin (UNOCHA) Türkiyə direktoru Sanjana Quazi iyunun 5-dən etibarən Suriyadan Türkiyəyə xərçəng xəstələrinin köçürülməsinin bərpa olunduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Quazi 8 iyun tarixində Suriyadan Türkiyəyə göndərilən xərçəng xəstələrinin sayının 80-ə yaxınlaşdığını bildirib. Bu şəxslərin neçəsinin sərhədi keçdiyi barədə məlumat paylaşılmayıb. Bunların arasında həm yeni xərçəng xəstələrinin, həm də müalicə alanların olduğu bildirilib.