XİN Türkiyədəki partlayışla bağlı başsağlığı verdi

10 İyun 2023 14:33 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi Ankarada raket zavodunda baş vermiş partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında qeyd olunub. Başsağlığında deyilir: “Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi. Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik. Başın sağ olsun, Türkiyə!”