"SOCAR-Nefteqazstroy"un direktoru dəyişib

10 İyun 2023 10:35 (UTC+04:00)

Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR-Nefteqazstroy" MMC-nin direktoru Ceyhun Zeynalov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, şirkətə rəhbərlik İsgəndər Talıbova həvalə olunub.

Xatırladaq ki, “SOCAR-Nefteqazstroy” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 795 510 manatdır.