SOCAR tərəfindən Ukraynaya 20 ton yanacaq göndərilib

9 İyun 2023 22:47 (UTC+04:00)

Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya 20 ton yanacaq göndərilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən bildirilib.