Regionların sosial-iqtisadi inkişafı məhz elə dövlətin inkişafında da, tərəqqisində də əvəzsiz rola malikdir və elə buna görə də hər zaman prioritet olaraq qəbul edilir. Çünki məhz regionların sosial-iqtisadi inkişafı ümümi tərəqqi üçün əsaslı zəmin yaradır və görünür elə buna görə də regionların sosial-iqtisadi inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət ayrılıb. Bu məqamda onu da nəzərə almaq lazımdır ki, elə regionların sosial-iqtisadi inkişafına da məhz dövlətin sosial-iqtisadi siyasəti ilə nail olunur və buna görə də prioritet sayılır.
İlk öncə diqqətdə saxlamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafı məhz həmin regionun coğrafi baxımdan yerləşməsindən, makroiqtisadi şəraitindən, rayonun sosial əmək bölgüsündə tutduğu mövqedən, hansı təbii ehtiyatlara malik olmasından bilavasitə asılıdır. Daha dəqiq desək, rayonun hansı təbii ehtiyatlara, hansı iqlimə, hansı relyefə və hansı imkanlara malik olması ilkin şərt hesab olunur. Məsələn, rayonun hansı kənd təsərrüfatı məhsulunun yetişdirilməsi üçün daha əlverişli şəraitə malik olması öncədən nəzərdən qaçırılmamalıdır. Beləki, respublikamızın rayonları öz coğrafi mövqeyi baxımından əkinçiliyin, bitgiçiliyin, bağçılığın, meyvəçiliyin, yaxud da heyvandarlığın, eləcə də quşçuluğun inkişafı üçün daha əlverişli şəraitə malik ola bilər və bu, əvvəlcədən nəzərə alınmalıdır. Əgər bu məqam nəzərə alınmazsa məhsuldarlıq baxımından müvafiq göstəriciyə nail olmağa ümid etməyə belə dəyməz. Nümunə üçün qeyd edək ki, elə torpaqlar vardır, həmin torpaqlarda bir hektardan 75 sentner taxıl tədarük edildiyi halda, digər ərazilərdə bu rəqəm 20-25 sentner olur, deməli, taxıl üçün daha məhsuldar ərazilərin taxılçılıqla məşğul olması məhsuldarlıq və ümumiyyətlə, hər mənada daha məqsədəuyğundur. Məhz elə buna görə də ölkəmizin rayonları müxtəlif kənd təsərrüfatı məhsulları ilə ixtisaslaşıb.
Azərbaycanın ərazilərində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi tarixi çox qədim dövrə təsadüf edir. Rayonlarımızın ərazilərində hələ qədimdən əkinçiliklə də, meyvəçiliklə də, heyvandarlıqla da və digər kənd təsərrüfatı sahələri ilə də məşğul olunub. Ümumiyyətlə, hələ qədimdən xalqımızın bu istiqamətdə məşğuliyyəti tarixi faktlarda, hətta ədəbiyyatlarda belə öz əksini tapir. İnsanlar öz dolanışıqlarını məhz kənd təsərrüfatı məhsullarının tədarükü ilə təmin ediblər. O zamanlar insanlar bu kimi işlərdə böyük çətinliklərlə qarşılaşırdılar. Məsələn, texnika olmadığına görə əkin-biçin işlərində ev heyvanlarından istifadə edirdilər və heç bir köməkdən də söhbət belə gedə bilməzdi. Zaman keçdikcə elmi-texniki tərəqqi sayəsində əldə edilən texniki vasitələr bu işi xeyli yüngülləşdirdi, amma kömək hələ də yox idi. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra dövlətimiz məhz kənd təsərrüfatı məhsulları istehsal edən, idxal edən fermerlərə böyük köməkliklər etməyə başladı. Təbii ki, məqsəd regionların sosial-iqtisadi inkişafında dövlət dəstəyinin göstərilməsi, nəticədə də məhsuldarlığın, eləcə də insanların rifah halının daha da yaxşılaşdırılması idi. Artıq şahidi oluruq ki, regionların sosial-iqtisadi inkişafında dövlət dəstəyinin əsaslı rolu var və məhz buna görə də dövlətimiz hər il davamlı olaraq öz dəstəyini göstərməkdədir. Eləcə də dövlətimiz tərəfindən regionların sosial-iqtisadi inkişafı məqsədi ilə davamlı şəkildə maliyyə vəsaitlərinin ayrılmasının da şahidiyik. Sözsüz ki, bu vəsaitlərin ayrılması məhsuldarlığın, məşğulluq səviyyəsinin artmasına əsaslı zəmin deməkdir və əminik ki, hər dəfə olduğu kimi, hər il olduğu kimi, bunun da arzuolunan müsbət nəticələri ilə qarşılaşacağıq.
Sözsüz ki, dövlət dəstəyinin müsbət nəticələri əvvəlcədən də gözlənilən idi və indi respublikamızın bəzi rayonlarının artıq dövlət dəstəyi belə olmadan özünümaliyyələşdirmə, yerli gəlirlər hesabına öz xərclərini təmin edə bilmə imkanları bu gözləntiləri doğrultdu. Bu, məhz düzgün aparılan sosial-iqtisadi siyasətin və inkişafın gözlənilən müsbət nəticəsi olaraq xarakterizə edilir. Elə buna görə də, məzh regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzində, eləcə də prioritet məsələ sayılır və bundan sonra digər rayonlarda da özünümaliyyələşdirmə, yerli gəlirlər hesabına öz xərclərini təmin edə bilmə imkanları gözləniləndir. Nəticə etibarı ilə bu, özü-özünü maliyyələşdirəcək rayonların sayının artması, dövlət büdcəsindən asılılığın aradan qaldırlması deməkdir və büdcəyə qənaət baxımından bunun da nə qədər əhəmiyyətli olduğu aydın məsələdir. İqtisadi inkişafın da məhz bu demək olduğu yəqin ki, hamıya bəlldir və dinamik inkişaf bu ənənədən bilavasitə asılıdır.
Əlbəttə ki, regionların sosial-iqtisadi inkişafında dövlət dəstəyi hazırda daha çox işğaldan azad olunmuş rayonlar, ərazilər üçün lazımdır. Düz 30 il bundan əvvəl erməni vandalları tərəfindən dağıdılmış, viran qoyulmuş həmin rayonların dirçəldilməsi əvvəla birinci şərtdir. Sözsüz ki, bu şərtin öhdəsindən gəlmək üçün ilk növbədə bütün infrastruktur layihələri reallaşdırılmalıdır. Təbii ki, bu istiqamətdə dövlətimizin gördüyü işləri təkzib etmək mümkün deyil, çünki bu işlər sadaladıqca bitən deyil. Məsələn, işğaldan azad etdiyimiz ərazilərdə müxtəlif obyektlərin tikilib istifadəyə verilməsi, yenilərinin təməlinin qoyulması ilə yanaşı, yeni avtomibil magistrallarının, dəmir yollarının, hətta beynəlxalq səviyyəli hava limanlarının istifadəyə verilməsi, yenilərinin də inşası göz önündə baş verib və dünya ictimaiyyəti Azərbaycanın ən qısa zamanda hansı işlər gördüyünə heyranlığını da gizlətmir. Heç şübhəsiz ki, infrastrukturun yaxşılaşdırılmasının nə demək olduğu hamıya bəllidir və sir deyil ki, bu, məşğulluq, iqtisadi əlaqələr, nəticədə də iqtisadiyyatın inkişafına böyük töhvələr deməkdir. Çünki infrastuktur layihələrinin gerçəkləşməsi, regionda infrastrukturun olması həm daxili imkanların səfərbər edilməsi üçün, həm də xarici sərmayələrin cəlb edilməsi baxımından əvəzsizdir.
Etiraf etmək lazımdır ki, aparılan abadlıq-quruculuq işləri hesabına regionların inkişafı özünün yeni yüksəliş mərhələsinə qədəm qoyub. Bu isə ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yeni təkan deməkdir. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından geniş istifadə edilməsi iqtisadi inkişafı əhəmiyyətli dərəcədə sürətləndirdiyi müşahidə edilməkdədir. Yeni-yeni turizm və sənaye müəssisələri tikilməsi isə isə onu deməyə əsas verir ki, regionlarımız artıq daha sürətli inkişaf mərhələsindədir. Bu isə sözsüz ki, təsadüfi deyil və ondan xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı prioritet məsələdir.
Müəllif: İnam Hacıyev
6.3.11. “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
