Pirşağıda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

9 İyun 2023 16:03 (UTC+04:00)

Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən söndürülüb. Bu barədə SİA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.