Azərbaycanın IRENA Şurasına üzvlüyü çərçivəsində fikir mübadiləsi aparılıb

9 İyun 2023 15:34 (UTC+04:00)

Azərbaycanın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Şurasına üzvlüyü çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.

“Astanada IRENA-nın baş direktoru Francesco La Camera ilə görüşdük. Bərpa olunan enerji sahəsində inkişaf proseslərinə və Azərbaycanın IRENA Şurasına üzvlüyü çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.