Elvin Bədəlovun müqaviləsinin müddəti uzadlıb

9 İyun 2023 12:37 (UTC+04:00)

"Sumqayıt" klubu futbolçusu Elvin Bədəlovun müqaviləsinin müddətini uzadıb. SİA xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, 27 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2019-cu ildən "Sumqayıt"da çıxış edən Bədəlov 84 qarşılaşmada meydanda olub.