Azərbaycanda 2 sığorta vasitəçisinin lisenziyaları ləğv edilib

9 İyun 2023 12:15 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 1-i sığorta brokeri və 1-i sığorta agenti olmaqla 2 fiziki şəxsə sığorta vasitəçisi fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib. Bu barədə SİA-ya tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar iyunun 7-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.