Milli Məclis daha iki sazişi ratifikasiya edib

9 İyun 2023 11:48 (UTC+04:00)

Milli Məclis daha iki sazişi ratifikasiya edib. SİA-nın xəbərinə görə, bu gün parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclasında aşağıdakı məsələlər müzakirə olunub.

- “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

- “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq ratifikasiya edilib.