Son bir ayda koronavirusa yoluxma halları 38 faiz azalıb - ÜST

9 İyun 2023 08:22 (UTC+04:00)

Bu il mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa yoluxub, 10,4 mindən çox insan bu xəstəlikdən həyatını itirib. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 47 faiz, yoluxmaların sayı isə 38 faiz azalıb.