İtaliya gənclər arasında dünya çempionatının finalına yüksəlib

9 İyun 2023 08:21 (UTC+04:00)

Argentinada keçirilən 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının növbəti yarımfinal matçı oynanılır. SİA xəbər verir ki, yarımfinalın ikinci matçında İtaliya və Cənubi Koreya üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradan İtaliya finala yüksəlib. Onun həlledici matçdakı rəqibi Uruqvay olacaq.