Aktrisa Beren Gökyıldız son fotoları ilə hər kəsi şoka salıb

9 İyun 2023 07:49 (UTC+04:00)

5 yaşından bəri film və seriallarda uşaq rolunu canlandıran aktrisa Beren Gökyıldız son fotoları ilə hər kəsi şoka salıb. SİA xəbər verir ki, 14 yaşlı qızcığazın məzuniyyət balından paylaşdığı kadrları izləyicilər birmənalə qarşılamayıb. Belə ki, o, məzuniyyəti üçün dərin yarıqlı, dekolteli bir libas seçib və obrazını makiyajla tamamlayıb. İzləyicilər onun bu geyiminin yaşına uyğun olmadığını qeyd ediblər.