Türkiyəli müğənni vəfat etdi

9 İyun 2023 06:38 (UTC+04:00)

Türkiyəli müğənni Yıldız Tezcan vəfat edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 78 yaşında dünyasını dəyişib.

Üç ay öncə iflic olan Tezcan orqan çatışmazlığı səbəbi ilə ölüb.