Rusiya Uman şəhərini atəşə tutub - yaralananlar var

9 İyun 2023 02:09 (UTC+04:00)

Rusiya Ukraynanın Çerkas vilayətinin Uman şəhərini atəşə tutub. SİA xəbər verir ki, bu barədə Çerkas Regional Hərbi Administrasiyasının rəhbəri İqor Taburets teleqramda bildirib.

“Düşmən yenidən bizim Uman bölgəmizə raket hücumu edib. Zərbələr sənaye obyektinə və avtoyuma məntəqəsinə olub. Zərbə nəticəsində yanğın baş verib. 8 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır”, - qeyd edib.