"Qarabağ"da ayrılıq

9 İyun 2023 01:05 (UTC+04:00)

"Qarabağ" akademiyanın koordinatoru Tacəddin Doğanla vidalaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, türkiyəli mütəxəssisin "köhlən atlar"la müqavilə müddəti başa çatıb.

Doğanla sözləşməni uzatmayan "Qarabağ" ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.