Atletimiz Slovakiyada keçirilən yarışda uğurlu nəticə göstərib

8 İyun 2023 23:54 (UTC+04:00)

Slovakiyanın Koşitse şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Azərbaycan atleti Nazim Babayev uğurlu nəticə ilə yadda qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, atletimiz uzunluğa tullanma üzrə yarışda 7,80 metrlik göstəriciyə imza atıb.

Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev ikinci yeri tutub.