“Bəli, hesab edirəm ki, Avropa Oyunlarının səviyyəsi getdikcə yüksəlir. Bəzi komanda idman növləri var ki, onlar gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazandıracaq. Həm də onların bəziləri Parisə vəsiqə qazanmaq üçün atletlərə reytinq xalları verən Avropa Çempionatlarıdır. Ona görə də tam proqramımız var”. SİA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında bildirib.
O sözlərinə belə davam edib: “Bizdə Olimpiya proqramında olmayan idman növləri də var ki, çalışırıq ki, onlar da Olimpiya siyahısına salınsın. Burada, Azərbaycanda etdiyimiz kimi, yeni idman növlərini sınamaq istəyirik. İlk belə idman növü 3x3 basketbol oldu ki, daha sonra olimpiya idmanına çevrildi. Daha sonra isə karate olimpiya idman növünə daxil edildi. Ona görə də hesab edirəm ki, Avropa Oyunları yeni idman növlərini sınamaq üçün yaxşı bir yoldur”.
Ayşən Vəli