Ərdoğan Zelenskidən sonra Putinlə telefon danışığı aparıb

7 İyun 2023 17:17 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı aparıb.

SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Ərdoğan bu Ukrayna Prezidenti Vladimir Zelenski ilə də telefon danışığı aparıb.