Samuxda 2 tondan çox çətənə kolu məhv edilib

7 İyun 2023 09:50 (UTC+04:00)

Samuxda yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Qarayeri qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 2 ton 285 kiloqram olan, 3337 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.