Azərbaycanlı deputatlar Parisdə fransalı həmkarları ilə görüşəcəklər

6 İyun 2023 10:11 (UTC+04:00)

Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlar Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 10-da başa çatacaq.