84 yaşlı xalq artisti xəstəxanaya yerləşdirildi

6 İyun 2023 07:55 (UTC+04:00)

84 yaşlı RSFSR xalq artisti Lidiya Fedoseyeva-Şukşina təcili xəstəxanaya yerləşdirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Moskvadakı tibb müəssisələrinin birində müayinə olunur. Bildirilir ki, sovet kinosunun ulduzu insult keçirib və kəskin serebrovaskulyar sindromdan əziyyət çəkir.

Qeyd edək ki, Lidiya Fedoseyeva-Şukşina ən çox əri, rejissor Vasili Şukşinin “Kalina Krasnaya” filmindəki rolu ilə məşhurdur. Aktrisa bir çox başqa filmlərdə də rol alıb.