Klub Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib

6 İyun 2023 06:29 (UTC+04:00)

Almaniyanın “Borussiya” futbol klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi əlcəzayirli müdafiəçi ilə dördillik müqavilə bağlayıb. Tərəflər 2022-ci ildən razılıq əldə edib.

Futbolçunun son komandası “Borussiya” (Mönhenqladbax) olub.

Qeyd edək ki, Bensebayni 2022-2023-cü il mövsümündə bütün turnirlərdə 30 matçda iştirak edib, 7 qol vurub və 1 qolun ötürməsini edib.