Şəfiqə Nağıyevanı avtomobil vurdu

6 İyun 2023 02:09 (UTC+04:00)

Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub. SİA-nın məlumatına görə, hadisə vəkil Tarix Əliyevin doğum günü məclisindən çıxarkən avtomobil yolunu keçəndə baş verib.

Digər qonaqlar vəkili avtomobil ilə hospitala aparıblar.

Vəkilin özü ilə əlaqə saxlamağa çalışılsa da, telefonuna cavab verən şəxs Nağıyevanın hazırda yanında olmadığını, hadisədən məlumatsız olduğunu bildirib.