“Sumqayıt” klubu ilk futbolçu transferini edib

6 İyun 2023 00:36 (UTC+04:00)

2023/2024-cü il mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” futbol klubu ilk futbolçu keçidini reallaşdırıb.

SİA xəbər verir ki, klub son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətov ilə üçillik müqavilə imzalayıb. M. Cənnətov 2017-2020-ci illərdə də “Sumqayıt”ın şərəfini qoruyub. Həmin müddət ərzində 63 oyun keçirib. O, son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.