Musa Avsevər Türkiyənin Baş Qərargah rəisi təyin olundu

5 İyun 2023 23:53 (UTC+04:00)

Türkiyənin Quru Qoşunları komandanı general Musa Avsevər Türkiyənin Baş Qərargah rəisi təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Musa Avsevər yerinə yeni təyinat olunana qədər əvvəlki vəzifəsini də davam etdirəcək.