Naxçıvanda dövlət xidmətlərinin keyfiyyət səviyyəsi yüksəldiləcək

5 İyun 2023 15:32 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının dövlət orqanları (qurumları) ilə Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) arasında əməkdaşlığın gücləndirilməsi və müvafiq məlumat mübadiləsi təmin ediləcək.

SİA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı əsas icraçı qurum kimi Prezident Administrasiyası müəyyənləşib.

2023–2027-ci illəri əhatə edəcək işlərin digər icraçıları Azərbaycanın Nazirlər Kabineti ilə Naxçıvanın Nazirlər Kabinetidir.

İlkin mərhədə müvafiq sahədə layihə təkliflərinin hazırlanması nəzərdə tutulub.

Bununla da dövlət xidmətlərinin keyfiyyət səviyyəsi yüksəldiləcək.