Qırğızıstanda dövlət çevrilişinə cəhd olub

5 İyun 2023 14:47 (UTC+04:00)

Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə məlumatı “Tengrinews.kz” portalı yayıb.

Məlumata görə, ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi zorakılıq yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edən bir qrup şəxsi saxlayıb.

Saxlanılanların şəxsiyyətləri hələ ki açıqlanmayıb.