Ermənistanda qızılcaya yoluxanların sayı 200-ü keçdi

5 İyun 2023 14:08 (UTC+04:00)

Ermənistanda qızılcaya yoluxanların sayı 201 nəfərə çatıb. SİA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"4 nəfər xəstəxanaya yerləşdirilib, daha 105 nəfər artıq xəstəxanalardan buraxılıb", - deyə məlumatda qeyd olunub.