İstanbul derbisində "Qalatasaray" "Fənərbaxça"nı məğlub edib - FOTOLAR

5 İyun 2023 00:53 (UTC+04:00)

Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub. SİA xəbər verir ki, 37-ci turda "Qalatasaray" "Fənərbaxça"nı qəbul edib.

Sona iki tur qalmış çempionluğu əldə edən "Qalatasaray" doğma divarlar arasında əzəli rəqibi "Fənərbaxça"nı 3:0 hesabı ilə məğlub edib.