Gəncədə qadın özünü binadan atıb

5 İyun 2023 00:50 (UTC+04:00)

Gəncə şəhərində 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq ölən qadının şəxsiyyəti dəqiqləşib. SİA-nın Qərb bürosunun məlumatına görə, həmin şəxs Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynovadır.

Onun həmin ünvanda kirayədə yaşadığı bildirilir. Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.