Xesus Navas Avropa Liqasının ən yaxşı oyunçusudur

4 İyun 2023 22:09 (UTC+04:00)

"Sevilya”nın müdafiəçisi Xesus Navas UEFA Avropa Liqasında ötən mövsüm ilin ən yaxşı oyunçusu seçilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Bayer"in yarımmüdafiəçisi Florian Birtz isə turnirin ən yaxşı gənc oyunçusu kimi dəyərləndirilib.