Azərbaycan cüdoçusu Düşənbə Qran Prisində bürünc medal qazanıb

4 İyun 2023 17:13 (UTC+04:00)

Azərbaycan cüdoçusu Tacikistanda keçirilən Qran Pri turnirində bürünc medal qazanıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, Düşənbə şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirində -90 kq. çəkidə yarışan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı rəqibi Caxonqir Mamatraximova qalib gələrək bürünc medal qazanıb.