"Xatirə Kuboku" turnirində 1/4 final oyunları keçirilib

3 İyun 2023 20:40 (UTC+04:00)

Bu gün “SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.

SİA nəticələri sizə təqdim edir:

APA İA - AzərTAC 5 : 2

Az TV – “Yeni Müsavat” 7 : 0

ATV - “Teleqraf” MQ 7 : 5

“Futbol+” qəzeti- ARBTV 1 : 2

Beləliklə , “Xatirə Kuboku”nda sabah keçiriləcək 1/2 final oyununda APA İA- ATV və AzTV- ARB TV cütlükləri mübarizə aparacaq.

Cütlüklərin qalibləri iyunun 10-da “Xatirə Kuboku”nda 1-ci yer uğrunda, məğlub komandalar isə III yer uğrunda mübarizə aparacaqlar.